Hərbçimiz yaşadığı evdə İNTİHAR ETDİ 

14:02 28.04.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik gizir Novruzov Rəhim Zeynal oğlu yaşadığı mənzildə intihar edib.

Bu barədə hafta.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, ilkin olaraq hadisənin hərbi xidmətlə bağlı olmayan səbəbdən baş verməsi ehtimal edilir.

Faktla əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.